суббота, 14 октября 2017 г.

Dondurma - video resept: https://www.youtube.com/watch?v=YjoA2j8DruI

Resept: 

500 q. qaymaq ( 33 % ) 
200 - 300 q. qatılaşdırırlmış süd ( 8,5 % ) 
10 q. şəkərli vanilin 
kakao - zövqə görə 


Hazırlanması: 

Mikserin qabına qaymağı, şəkərli vanilini və qatılaşdırılmış südü əlavə edib, 50 dəqiqə dondurucu şkafda saxlayırıq. Sonra, mikserlə qatılaşana qədər qarışdırırıq (təqribən 15 dəqiqə - əvvəlcə yavaş sürətlə, sonra, sürəti artırırıq)Kütlə qatılaşdıqda mikseri söndürürürük. Kütləni dondurucuya davamı olan qaba əlavə edib, 6-7 saat dondurucu şkafda saxlayırıq.
Sonra, dondurucudan çıxardıb, 15 dəqiqə gözləyirik (qapağı həmən açmayın, qab sına bilər)
Daha sonra, qaşığı isti suda isidib, dondurmanı servis edirik. Üzərinə istəyə görə kakao tozu səpirik. Nuş olsun!




Halva - video resept: https://www.youtube.com/watch?v=cI1U32R7YB0



Un halvası (Tər halva) - tərkibi:


150 q. şəkər tozu
200 ml. su
80 q. kərə yağı (82.5%)
80 q. un 
3 ədəd hil 
1 çimdik duz
1/5 ç. qaşığı sarıkök


Hazırlanması:

Su ilə şəkər tozunu 1 dəqiqə qaynadırıq. Qalın tavaya kərə yağı və  un əlavə edib təqribən 20 dəqiqə zəif odda dayanmadan qarışdıraraq qovururuq. Sonra, üzərinə duz, sarıkök və üyüdülmüş hil əlavə edib, təqribən  10 dəqiqə qovurmağa davam edirik. Qovrulmuş unun üzərinə hazırladığımız (otaq istiliyində olan) şərbəti əlavə edib, təqribən  1 dəqiqə tez-tez qarışdırırıq. Sonra, tavanı ocaqdan götürüb, halvanı boşqaba boşaldırıq. Qaşıqla hamarlayaraq, üzərinə naxış vururuq. Nuş olsun!

Видео на русском языке: https://www.youtube.com/watch?v=0PjkXOSpRiU


четверг, 28 апреля 2016 г.


Kükü











TƏRKİBİ:
1 dəstə göy soğan
1 dəstə keşniş
1 dəstə şüyüd
5-6 ədəd yumurta
50-60 q. kərə yağı
duz - zövqə görə


Hazırlanması:

Bütün göyərtilər təmizlənib-yuyulur və xırda doğranılır.Üzərinə yumurta və duz əlavə olunub yaxşıca qarışdırılır.Tavaya yağ əlavə edib, orta istilikdə qızdırdıqdan sonra, göyərtili-yumurta qarışığını əlavə edib kütləni tavaya yayırıq.Tavanın qapağını örtərək zəif odda 4-5 dəqiqə müddətinə bişiririk.

Video resept - bağlı linki vurun  Kükü


Кюкю. Азербайджанская кухня




вторник, 11 августа 2015 г.

Badımcan, bibər, pomidor dolması


















Tərkibi - içlik üçün:

700 g. qoyun və ya quzu əti
2 ədəd baş soğan
250 ml. qaynar su
100 g. kərə yağı 
(ət yağlıdırsa yağı az götürün)
bir az reyhan və 1 balaca dəstə keşniş 
zövqə görə duz və qara istiot

Əlavə:
4 ədəd təzə yetişmiş badımcan
4 ədəd təzə yetişmiş bolqar bibəri
4 ədəd pomidor
1 ədəd pomidor + 50 q. kərə yağı - sous üçün 
120 ml. qaynar su və yaxud ət suyu, duz zövqə görə

Hazırlanması:
Ətə yağ, su və duz əlavə edilib qiymə hazırlanır. Hazır qiyməyə istiot və göyərti əlavə edilib qarışdırılır. Badımcanlar azca duzlu suda pörtlədilir. Bütün tərəvəzlərin içərisi təmizlənib azca duzlanır və qiymə ilə doldurulur. Su və ya ət suyu əlavə edib, 35-40 dəqiqə orta istilikdə bişirilir. 

Daha ətraflı bu videoda:

Göy lobya - video resept







Göy lobya


Tərkibi:
700 q. göy lobya
1 baş soğan

250 q. qaynar su
80 q. kərə yağı
duz zövqə görə



Hazırlanması

Lobya təmizlənib doğranılır,soğan və qaynar su əlavə edilib 30-35 dəqiqə orta istilikdə bişirilir. 
Bu zaman ərzində 4-5 dəfə qarışdırmaq lazımdır. Bişənə yaxın duz və yağ, hətta,  keşniş də əlavə ede bilərsiniz.


понедельник, 10 августа 2015 г.


 Quymaq















TƏRKİBİ:
150 g. kərə yağı
150 g. un
1 l. qaynar su
1 çay qaşığı narin duz
1 çay qaşığı keşniş toxumu (üyüdülmüş)
1/2 desert. qaşığı zəncəfil.
1/2 desert. qaşığı üyüdülmüş zəfəran və ya zerdeçal.

3-4 hil-üyüdülmüş  (mən unutmuşam videoda)
 toz şəkər və ya bal, bəhməz, darçın - zövqə görə

HAZIRLANMASI:
Yağ və un orta istilikdə 10 dəqiqə böyük və dərin tavada qovrulur. Sonra, duz, keşniş toxumu, hil, zəncəfil və zəfəran əlavə edilib qarışdırılır. Üzərinə qaynar su (3 dəfədə) əlavə edilib (bu zaman ehtiyatlı olmaq lazımdır)
tez-tez və dayanmadan qarışdırılır.Yenidən 40-45 dəqiqə zəif odda bişirilir. Quymaq bişdikdən sonra, üzərinə toz şəkər və ya bal, bəhməz əlavə edilib, darçın səpilir


       Daha etraflı bu videoda: