Halva - video resept: https://www.youtube.com/watch?v=cI1U32R7YB0
Un halvası (Tər halva) - tərkibi:
150 q. şəkər tozu
200 ml. su
80 q. kərə yağı (82.5%)
80 q. un
3 ədəd hil
1 çimdik duz
1/5 ç. qaşığı sarıkök
Hazırlanması:
Su ilə şəkər tozunu 1 dəqiqə qaynadırıq. Qalın tavaya kərə yağı və un əlavə edib təqribən 20 dəqiqə zəif odda dayanmadan qarışdıraraq qovururuq. Sonra, üzərinə duz, sarıkök və üyüdülmüş hil əlavə edib, təqribən 10 dəqiqə qovurmağa davam edirik. Qovrulmuş unun üzərinə hazırladığımız (otaq istiliyində olan) şərbəti əlavə edib, təqribən 1 dəqiqə tez-tez qarışdırırıq. Sonra, tavanı ocaqdan götürüb, halvanı boşqaba boşaldırıq. Qaşıqla hamarlayaraq, üzərinə naxış vururuq. Nuş olsun!Видео на русском языке: https://www.youtube.com/watch?v=0PjkXOSpRiU
Дальше
Комментариев нет:
Отправить комментарий