вторник, 11 августа 2015 г.

Badımcan, bibər, pomidor dolması


















Tərkibi - içlik üçün:

700 g. qoyun və ya quzu əti
2 ədəd baş soğan
250 ml. qaynar su
100 g. kərə yağı 
(ət yağlıdırsa yağı az götürün)
bir az reyhan və 1 balaca dəstə keşniş 
zövqə görə duz və qara istiot

Əlavə:
4 ədəd təzə yetişmiş badımcan
4 ədəd təzə yetişmiş bolqar bibəri
4 ədəd pomidor
1 ədəd pomidor + 50 q. kərə yağı - sous üçün 
120 ml. qaynar su və yaxud ət suyu, duz zövqə görə

Hazırlanması:
Ətə yağ, su və duz əlavə edilib qiymə hazırlanır. Hazır qiyməyə istiot və göyərti əlavə edilib qarışdırılır. Badımcanlar azca duzlu suda pörtlədilir. Bütün tərəvəzlərin içərisi təmizlənib azca duzlanır və qiymə ilə doldurulur. Su və ya ət suyu əlavə edib, 35-40 dəqiqə orta istilikdə bişirilir. 

Daha ətraflı bu videoda:

Göy lobya - video resept







Göy lobya


Tərkibi:
700 q. göy lobya
1 baş soğan

250 q. qaynar su
80 q. kərə yağı
duz zövqə görə



Hazırlanması

Lobya təmizlənib doğranılır,soğan və qaynar su əlavə edilib 30-35 dəqiqə orta istilikdə bişirilir. 
Bu zaman ərzində 4-5 dəfə qarışdırmaq lazımdır. Bişənə yaxın duz və yağ, hətta,  keşniş də əlavə ede bilərsiniz.


понедельник, 10 августа 2015 г.


 Quymaq















TƏRKİBİ:
150 g. kərə yağı
150 g. un
1 l. qaynar su
1 çay qaşığı narin duz
1 çay qaşığı keşniş toxumu (üyüdülmüş)
1/2 desert. qaşığı zəncəfil.
1/2 desert. qaşığı üyüdülmüş zəfəran və ya zerdeçal.

3-4 hil-üyüdülmüş  (mən unutmuşam videoda)
 toz şəkər və ya bal, bəhməz, darçın - zövqə görə

HAZIRLANMASI:
Yağ və un orta istilikdə 10 dəqiqə böyük və dərin tavada qovrulur. Sonra, duz, keşniş toxumu, hil, zəncəfil və zəfəran əlavə edilib qarışdırılır. Üzərinə qaynar su (3 dəfədə) əlavə edilib (bu zaman ehtiyatlı olmaq lazımdır)
tez-tez və dayanmadan qarışdırılır.Yenidən 40-45 dəqiqə zəif odda bişirilir. Quymaq bişdikdən sonra, üzərinə toz şəkər və ya bal, bəhməz əlavə edilib, darçın səpilir


       Daha etraflı bu videoda:


Kokteyl 














TƏRKİBİ:
2 ədəd banan
150 q. moruq
100 q. bal - (4 x. qaşığı)
3 x. qaşığı limon suyu
500 ml. süd - (bişib-soyudulmuş)

HAZIRLANMASI:
Soyulub-doğranılmış bananı, moruğu, bal və limon suyunu blenderdə qarışdırırıq. Sonra süd əlavə edib yenidən qarışdırırıq.

Daha ətraflı bu videoda: