Azerbaycan sirniyyatlari

Şekerbura - video resepti görmək üçün şekerbura sözünə tıkla.

Şəkərbura - tərkibi:
İçlik:
180 q. şəkər tozu
180 q. təmizlənmiş fındıq
0.5 ç. qaşığı üyüdülmüş hil
0.5 ç. qaşığı keşnış toxumu
1 ç. qaşığı şəkərli vanilin




Xəmir:
100 ml. ilıq süd
80 q. kərə yağı
1ədəd yumurta
≈315-320 q. un
1 x. qaşığı şəkər tozu
1/3 - desert qaşığı quru maya
1/3 - desert qaşığı narin duz
1 desert qaşığı şəkərli vanilin
1/10 - desert qaşığı rəng -- (xəmir üçün)

Hazırlanması:  İçlik üçün fındıq ləpəsini sobada 10 dəqiqə 250°C-də qovurub, çay dəsmalının arasında əlimizlə ləpəni ovxalayırıq ki, fındığın qabığı çıxsın. Təmizlənmiş ləpəni blenderlə xırdalayıb, üzərinə şəkər tozu, hil və vanilin əlavə edib qarışdırırıq. İşlik hazır. Xəmir üçün reseptdəki bütün ərzaqları qarışdırıb, sonda un əlavə edib, nə çox yumşaq, nə də çox bərk olmayan xəmir yoğururuq.
Xəmirin üstünü örtüb, 1 saat saxlayırıq ki, acısın. Sonra, 8-10 və ya 12 hissəyə bölüb, yayıb, ikərisinə içlik qoyub bükürük. Üzərini maqqaşla naxışlayıb, 28-30 dəqiqə 150°C -də əvvəlcədən isidilmiş sobada bişiririk. Nuş olsun!

Подробнее в этом ролике:















Видео рецепты Azərbaycan şirniyyatları

Комментариев нет:

Отправить комментарий